15:47 - 24.11.2026
24 noyabr, Fineko/abc.az. Salyan şəhərinin daxili yollarının əsaslı təmiri üzrə elan edilmiş satınalmanın qalibi “AVTOYOLTIKINTISERVIS” MMC müəyyən edilib və şirkət sözügedən işləri təxminən 1 milyon 23 min manata icra edəcək.
Salyan Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bu satınalmada işlərin ehtimal olunan dəyəri əvvəlcədən 1 milyon 79 min 505 manat məbləğində nəzərdə tutulmuşdu.
Sentyabrın 15-də elan olunan müsabiqə üzrə təkliflərin qəbulu prosesi oktyabrın 14-də yekunlaşıb.
Satınalma predmeti şəhərin daxili yollarının əsaslı təmirini, həmçinin büdcədənkənar vəsaitlər hesabına həyata keçiriləcək digər işləri əhatə edir.
Xatırladaq ki, “AVTOYOLTIKINTISERVIS” MMC bundan əvvəl də Salyan Rayon İcra Hakimiyyətinin təşkil etdiyi satınalmalardan birində qalib gəlib. Belə ki, şirkət 2023-cü ildə şəhər ərazisindəki çoxmənzilli kommunal binaların əsaslı təmiri ilə bağlı 108,4 min manat dəyərində sifariş əldə etmişdi.
© Banker.az
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026