17:00 - 19.11.2026
19 noyabr, Fineko/abc.az. Paytaxtda ictimai nəqliyyatın hərəkətini optimallaşdırmaq və təhlükəsizliyi artırmaq məqsədilə Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor tətbiq ediləcək.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, ilkin mərhələdə bu qurğu Səbail rayonunda, Üzeyir Hacıbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki “L” tipli dirəkdə yerləşdiriləcək. Layihəyə əsasən, həmin nöqtədə “T” formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi işıqfor quraşdırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təklifi ilə reallaşdırılan bu yeniliyin əsas hədəfi avtobusların xüsusi hərəkət zolaqları ilə daha sürətli, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.
NİİM rəsmisi əlavə edib ki, pilot tətbiqin nəticələri analiz edildikdən sonra bu tipli işıqforların şəhərin digər küçə və prospektlərində də quraşdırılması məsələsinə baxılacaq.
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026