09:40 - 24.11.2026
24 Noyabr, Fineko/abcnews. ABŞ Ədliyyə Nazirliyi Şimali Koreyalı hakerlərin “Binance” kriptovalyuta birjasından qanunsuz yollarla əldə etdiyi 1,1 milyard dollardan artıq kriptoaktivin geri alınması üçün məhkəmə iddiası qaldırıb.
Nazirliyin məlumatına görə, iddia "Circle Internet Financial" tərəfindən buraxılan və artıq məhkəmə qərarı ilə dondurulmuş 1,1 milyard dollardan çox USDC stabilkoininin müsadirəsini nəzərdə tutur. Bu addım oktyabrın 29-da "Binance"dən oğurlanmış ümumilikdə 6 milyard dollardan artıq vəsaitin bərpasına yönəlmiş genişmiqyaslı hökumət tədbirlərinin tərkib hissəsidir.
Bildirilir ki, ABŞ qurumları hadisə baş verəndən bəri müxtəlif mənbələrdən cəmi 2,9 milyard dollardan çox kriptoaktivin dondurulmasına, müsadirəsinə və ya geri qaytarılmasına nail olub.
24 Noyabr 2026
24 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026