“Assist Finance”in 20 min manat cərimə olundu

14:03 - 18.11.2026


18 noyabr, Fineko/abc.az. “Assist Finance İnvestisiya Şirkəti” ASC Maliyyə Monitorinqi Xidmətinin (MMX) yazılı göstərişlərini vaxtında və tam icra etmədiyi üçün 20 000 manat cərimələnib.

Belə ki, qurum 2024–2025-ci illərdə ölkəxarici birjalarda qiymətli kağızlarla aparılan alqı-satqı əqdlərinə dair məlumatları həm məktub, həm də ŞƏMS sistemi vasitəsilə tələb etsə də, şirkət 7 iş günü müddətində edilən xəbərdarlığa baxmayaraq sorğunu cavablandırmayıb.

Xətai Rayon Məhkəməsinin İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə tətbiq etdiyi bu cərimə qərarından verilən şikayət Bakı Apellyasiya Məhkəməsi tərəfindən əsassız sayılaraq təmin edilməyib və cəza qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2018-ci ildə “BTB Kapital İnvestisiya Şirkəti” adı ilə yaradılan və 2023-cü ildə rebrendinq edən şirkətin 100%-lik səhmdarı Ruslan Cəfərovdur.