Azərbaycanda startaplar və İT şirkətləri üçün dəstək artırılır

12:18 - 12.11.2026


12 noyabr, Fineko/abc.az. Azərbaycanda innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində yeni dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Şahin Əliyev “Media üçün rəqəmsal səriştələr” adlı maarifləndirici tədbirdə jurnalistlərə açıqlamasında deyib ki, startapların və özəl İT şirkətlərinin innovativ məhsul və xidmətlər yaratması üçün dəstək mexanizmlərinin hazırlanması və tətbiqi planlaşdırılır.

İRİA sədr müavini vurğulayıb ki, Azərbaycanda texnopark rezidentləri üçün 10 il müddətinə güzəştlər tətbiq edilir:

"Bu imkanlar ölkəni yalnız yerli İT şirkətləri üçün deyil, həmçinin region və digər xarici ölkələrdən olan şirkətlər üçün də əlverişli fəaliyyət məkanına çevirir".