Biznes kreditlərində təminat payı artıb

16:13 - 6.11.2026


6 noyabr, Fineko/abc.az. Mərkəzi Bankın məlumatına görə, sentyabrın 30-na bankların biznes kreditləri portfelinin 45,3%-i tam təminatlı, 27,4%-i qismən təminatlı, 27,3%-i isə təminatsız olub.

Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 42,6%, 32,2% və 25,2% idi. Beləliklə, tam təminatlı kreditlərin payı 2,7, təminatsız kreditlərin payı isə 2,1 faiz bəndi artıb.

Sentyabrın sonuna bankların ümumi kredit portfeli 33 milyard 684,7 milyon manat təşkil edib. Bunun 18 milyard 440 milyonu, yəni 54,7%-i biznes kreditlərinin payına düşüb.