09:58 - 10.01.2019
10 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,86 dollar və yaxud 4,8% bahalaşıb.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,49 dollar təşkil edir.
9 yanvar tarixində “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti 2,58 dollar (5,18%) yüksələrək bir barelə 52,36 dollar təşkil etmişdir.
“ICE” birjasında keçirilən çərşənbə günü keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti 2,72 dollar (4,63%) artaraq bir barelə 61,44 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi 9,08 dollara bərabərdir.