Neft ucuzlaşır: Brentin bir barreli 113,85 dollar təşkil edir

09:44 - 29.10.2026


29 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri cümə axşamı günü aşağı düşür.

Saat 09:43-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 1,47 dollar (1,27%) ucuzlaşaraq bir barreli üçün 113,85 dollara enib. 28 oktyabr tarixdəki ticarət sessiyasının yekunlarına əsasən, bu müqavilələrin dəyəri 1,44 dollar (1,26%) artaraq bir barreli üçün 115,32 dollar təşkil etmişdi.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 09:43-ə qədər 1,67 dollar (1,62%) azalaraq bir barreli üçün 101,11 dollara düşüb. 28 oktyabr ticarətinin yekunlarına görə, bu müqavilələr 2,88 dollar (2,88%) bahalaşaraq 102,78 dollar təşkil etmişdi.