11:14 - 27.10.2026
27 Oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı beynəlxalq münasibətlərdə ikili standartlar yanaşmasına son qoyulmasının vacibliyini bəyan edib.
Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini vurğulayan dövlət başçısı bu prinsipin müharibə və münaqişələrin həllində də tətbiq olunmalı olduğunu bildirib.
Prezident İlham Əliyev bəzi ölkələrin digərlərinə öyrətmə yanaşmasını tənqid edərək deyib: “İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı?”.
Dövlət başçısı əlavə edib ki, müstəqil ölkələrə necə yaşamaq dərsi verilməməlidir və hər bir dövlət diqqətini öz daxili məsələlərinə yönəltməlidir.
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026