Prezident İlham Əliyev: "Bəzi münaqişələrin həlli üçün Azərbaycanın yaratdığı presedent öyrənilməlidir"

11:02 - 27.10.2026


27 Oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı zamanı dünyada hər il yeni müharibələrin alovlandığına diqqət çəkərək münaqişələrin dayandırılması üzrə Azərbaycanın unikal təcrübəsini vurğulayıb.

Dövlət başçısı ölkəmizin hərbi-siyasi zəfərinə və ondan sonrakı sülh addımlarına toxunaraq bildirib: “Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik”.

Prezident İlham Əliyev müharibə edən tərəflərin bu təcrübəni tədqiq etməli olduqlarını diqqətə çatdıraraq, Azərbaycanın qurduğu presedentin qlobal miqyasda bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə biləcəyini vurğulayıb.