11:24 - 27.10.2026
27 Oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı ölkəmizin son 35 ildə əldə etdiyi tarixi nailiyyətlərdən və qlobal nüfuzundan bəhs edib.
Dövlət başçısı ölkənin inkişaf yolunun tamamilə daxili potensiala əsaslandığını diqqətə çatdırıb: “Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir. Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb”.
İşğaldan və yoxsulluqdan uğura doğru böyük yol keçildiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın xarici siyasəti, iqtisadi göstəriciləri, eləcə də qlobal enerji və daşımalar bazarlarındakı rolu əhəmiyyətli dərəcədə artıb və ölkəmiz qeyri-sabit regionda sabitlik adasına çevrilib.
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026