10:09 - 21.10.2026
21 Oktyabr, Fineko/abc.az. İyun ayında birjaya çıxan "SpaceX" şirkəti 2026-cı ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.
Şirkətin gəliri süni intellekt fəaliyyətindəki sürətli böyümə və "Starlink" abunəçilərinin artması sayəsində illik müqayisədə 161% artaraq 14,6 milyard dollara çatıb.
Keçən ilin eyni dövrünü 1,05 milyard dollar net zərərlə bağlayan "SpaceX", bu rübdə 4,4 milyard dollar xalis mənfəət əldə edib.
İlkin nəticələri qiymətləndirən "SpaceX" rəhbəri İlon Mask şirkətin 2027-ci ilin sonunda illik gəlirinin 500 milyard dollar ilə 1 trilyon dollar arasında olacağını proqnozlaşdırıb.
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
21 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026