"SpaceX" zərərdən mənfəətə keçdi: III rüb gəlirləri 161% artaraq 14,6 milyard dollara çatdı

10:09 - 21.10.2026


21 Oktyabr, Fineko/abc.az. İyun ayında birjaya çıxan "SpaceX" şirkəti 2026-cı ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.

 Şirkətin gəliri süni intellekt fəaliyyətindəki sürətli böyümə və "Starlink" abunəçilərinin artması sayəsində illik müqayisədə 161% artaraq 14,6 milyard dollara çatıb.

Keçən ilin eyni dövrünü 1,05 milyard dollar net zərərlə bağlayan "SpaceX", bu rübdə 4,4 milyard dollar xalis mənfəət əldə edib. Şirkətin süni intellekt (süper intellekt) bölməsindən əldə etdiyi gəlir 830% artaraq 7,6 milyard dollara, "Starlink" üzrə gəlirləri 69% artaraq 5,2 milyard dollara, kosmik uçuşlar gəliri isə 6% artaraq 1,8 milyard dollara yüksəlib. Sentabrın sonuna olan məlumata görə, "Starlink" abunəçilərinin sayı 13,6 milyona çatıb.

İlkin nəticələri qiymətləndirən "SpaceX" rəhbəri İlon Mask şirkətin 2027-ci ilin sonunda illik gəlirinin 500 milyard dollar ilə 1 trilyon dollar arasında olacağını proqnozlaşdırıb.