Mərkəzi Bankdan cərimə qərarı: İki şirkət cəzalandırıldı

12:32 - 19.10.2026


19 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərini pozan iki maliyyə təşkilatının vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

Sentyabr ayında “MJ Finance BOKT” ASC-də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə karşı mübarizə qaydalarının pozulması səbəbindən Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şirkət rəhbərliyinə 2 min manat cərimə kəsilib.

Avqust ayında isə “MMK-014” MMC-də valyuta mübadiləsi əməliyyatları qaydalarının pozulması faktı üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən 1 000 manat cərimə tətbiq edilib.

Beləliklə, qanunpozuntularına görə hər iki maliyyə qurumunun məsul şəxsləri ümumilikdə 3 min manat cərimələnib.