10:06 - 7.01.2019
7 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,93 dollar və yaxud 3,43% artıb.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 58,27 dollar təşkil edir.
Yanvarın 4-də “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti 0,87 dollar (1,85%) artaraq bir barelə 47,96 dollar təşkil etmişdir.
“ICE” birjasında cümə günü keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti 1,11 (1,98%) artaraq bir barelə 57,06 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bir barelə 9,1 dollar təşkil edir.