16:54 - 16.10.2026
16 oktyabr, Fineko/abc.az. Bakıda dövlət qurumlarında tətbiq edilən yeni iş qrafikinin nəqliyyat sıxlığını tam aradan qaldıra bilməməsi fonunda ali və orta təhsil müəssisələrində dərs saatlarının dəyişdirilməsi gündəmə gəlib.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, pik saatlardakı yükü azaltmaq üçün növbəti tədris illərində təhsil ocaqlarında dərs qrafiklərinin mərhələli şəkildə fərqli saatlara sürüşdürülməsi nəzərdən keçirilə bilər.
Deputatın sözlərinə görə, məsələn, ibtidai siniflərdə dərslərin səhər 08:00-09:00 əvəzinə 10:00-11:00 aralığında başlaması, universitetlərdə isə cədvəllərin fərqli saatlara bölünməsi mümkündür. Bununla belə, hər bir dəyişiklik valideynlərin iş rejimini, şagirdlərin yaşını və məktəblərin imkanlarını nəzərə almaqla, öncədən elan edilməli və mütəxəssislərin dərindən təhlili əsasında həyata keçirilməlidir.
©Oxu.Az
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026