10:06 - 16.10.2026
16 oktyabr, Fineko/abc.az. Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində inkişaf etməkdə olan ölkələr üçün 112 milyard ABŞ dolları məbləğində rekord özəl kapital səfərbər edib.
Təşkilat bu dövr ərzində Azərbaycan üzrə də təxminən 100 milyon ABŞ dolları həcmində özəl kapital səfərbər etməyə müvəffəq olub.
Dünya Bankının Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi ölkənin rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyata keçidinə dəstək verən yol xəritəsini müəyyənləşdirir.
Sənəd məhsuldarlığın, dayanıqlığın və yeni iş yerlərinin artırılması, KOB-ların inkişafı, Orta Dəhliz və rəqəmsal infrastrukturun təkmilləşdirilməsi, eləcə də bərpa olunan enerji layihələrinin genişləndirilməsini hədəfləyir.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026