"Azərişıq" tərəfindən ötən il yığım göstəricisi 97,9 % həddində olub

15:32 - 15.10.2026


15 oktyabr, Fineko/abc.az. Azərbaycanda elektrik enerjisi sahəsində texniki itkilərin ilbəil sabit şəkildə azalması tendensiyası müşahidə olunur.

Bu barədə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev bu gün işğaldan azad olunmuş ərazilərdə və bütövlükdə ölkə üzrə son 9 ay ərzində həyata keçirilən bərpa və yenidənqurma işlərinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun fikrincə, bu azalma tendensiyasının əsas amili cəmiyyət tərəfindən reallaşdırılan hədəfli yerdəyişmə tədbirləridir: "2025-ci ildə bizim itki göstəricimiz 8,5 % təşkil edib. Proqnozlaşdırırıq ki, 2026-cı ilin nəticələrinə əsasən texniki itki həddimiz 8,2 %-ə enəcək. 2022-ci ildə texniki itkilər 8,7 %, 2023-cü ildə 8,6 %, 2024-cü ildə isə 8,5 % səviyyəsində olub".

R.Quliyev vurğulayıb ki, "Azərişıq" tərəfindən 2025-ci il ərzində yığım göstəricisi 97,9 % həddində qeydə alınıb.

Cari ilin sonunadək isə yığım səviyyəsinin 98 %-ə çatacağı gözlənilir.

©Report