16:59 - 14.10.2026
14 oktyabr, Fineko/abc.az. “Expressbank” ASC-nin hüquqi şəxslərdən cəlb etdiyi depozitlərin həcmində azalma qeydə alınıb. 2026-cı ilin III rübünün sonuna bankda hüquqi şəxslərin depozitləri ilin əvvəli ilə müqayisədə 9 milyon 472 min manat və ya 18,3% azalaraq 42 milyon 209 min manata düşüb.
Ötən ilin sonunda bu göstərici 51 milyon 681 min manat təşkil edib.
Bankın cəmi öhdəlikləri 54 milyon 165 min manat və ya 10% artaraq 594 milyon 549 min manata, cəmi kapitalı isə 4 milyon 542 min manat və ya 3,6% artaraq 130 milyon 898 min manata çatıb.
Bankın səhmlərinin 48,78%-i “AZENCO Group” MMC-yə, 30,85%-i “Enerqoservis” MMC-yə, 19,99%-i Hafiz Seyidova, 0,38%-i isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsusdur.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026