"Bank Avrasiya" ASC-nin mənfəəti 4 milyon manat azalıb

15:33 - 14.10.2026


14 oktyabr, Fineko/abc.az. "Bank Avrasiya" ASC bu ilin yanvar-sentyabr aylarını 3,996 milyon manat mənfəətlə başa vurub.

Bu barədə Bankın maliyyə hesabatında qeyd edilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30 % azdır.

9 ayda "Bank Avrasiya"nın əməliyyat gəlirləri 16,252 milyon manat (1 il əvvələ nisbətən 12,6 % çox), əməliyyat xərcləri 11,524 milyon manat (27 % çox), xüsusi ehtiyatlara ayırmaları 896 min manat (4,4 dəfə çox), gözlənilməz gəlirləri isə 164 min manat (69,9 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə "Bank Avrasiya"nın aktivləri 239,154 milyon manat olub ki, bu da illik müqayisədə 17,2 % çoxdur. Bunun 127,78 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,3 % böyüyüb.

Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 27,2 % artaraq 144,779 milyon manata, o cümlədən depozit portfeli 48 % artaraq 89,723 milyon manata, balans kapitalı isə 4,6 % artaraq 94,374 milyon manata çatıb.