10:59 - 12.10.2026
12 oktyabr, Fineko/abc.az. Azərbaycanda “Epoint” brendi altında fəaliyyət göstərən və Mərkəzi Bankın lisenziyası ilə ödəniş əməliyyatlarının ekvayrinqini həyata keçirən “Global İnnovations” MMC-nin rəhbərliyində dəyişiklik baş verib.
Şirkətin yeni təkbaşına rəhbəri vəzifəsinə Eynar Abdullayev təyin edilib.
O, bu postda şirkətin təsisçisi Zeynal Kərimzadəni əvəz edib. Zeynal Kərimzadə isə fəaliyyətini şirkətin təsisçisi kimi davam etdirəcək.
Təyinata qədər “GoldenPay” ASC-nin baş icraçı direktoru və İdarə Heyətinin sədri olmuş Eynar Abdullayev hazırda həmin şirkətin Müşahidə Şurasının üzvüdür. Eyni zamanda Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyəti sədrinin müavini olan E. Abdullayev rəqəmsal ödənişlər, maliyyə texnologiyaları və ödəniş infrastrukturlarının idarə edilməsi sahəsində böyük təcrübəyə malikdir.
Xatırladaq ki, “Global İnnovations” MMC “Epoint” brendi altında onlayn ödənişlərin qəbulu, elektron ticarət və bizneslər üçün rəqəmsal ödəniş həlləri təqdim edir.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026