Qızılın qiyməti 4 169 dollara yüksəldi — Doların zəifləməsi qiymətli metalları canlandırdı

11:02 - 9.10.2026


9 Oktyabr, Fineko/abc.az. Cümə günü dolların zəifləməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin geriləməsi fonunda qızılın qiymətində artım qeydə alınıb.

Spot qızılın bir unsiyası 0,9% artaraq 4 169,32 dollara, fyuçerslər isə 4 194,40 dollara yüksəlib.

Əmtəə bazarındakı bu sıçrayış inflyasiya narahatlıqları və FED-in faiz artımı gözləntiləri fonunda baş verib.

Analitiklər Yaxın Şərqdəki gərginlik və neft qiymətlərinin yüksəlməsinin inflyasiya risklərini artırdığını bildirirlər.

Digər qiymətli metallardan gümüş 60 dollara, platin 1 670,15 dollara, paladium isə 1 146,98 dollara yüksəlib.