Tanınmış bankir böyük məbləğdə borcu olan BOKT-da direktor təyin olundu

11:48 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. "Merkuri" ASC bank olmayan kredit təşkilatının (BOKT) Mərkəzi Filialının direktoru Emil Bədəlbəyli vəzifəsindən ayrılıb.

O, "İnternational" BOKT ASC-nin Sumqayıt Filialının Direktoru təyin olunub.

E.Bədəlbəyli 2020-2022-ci illərdə Kredit Evi QSC-nin Baş Ofisinin direktoru, 2017-2020-ci illərdə "Azərbaycan Mikro Kredit" Kredit departamentinin direktoru, ondan əvvəl 2015-2017-ci illərdə "Parabok"da Mərdəkan/Nərimanov Filiallarının direktoru vəzifəsində, daha əvvəl 2006-2014-cü illərdə isə "AtaBank"-da çalışıb.

Qeyd edək ki, Emil Bədəlbəylinin direktor təyin olunduğu "International" BOKT 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan BOKT-un yeganə səhmdarı Rifat Həsənovdur, direktoru isə Nicat Həsənovdur. İllik 34-36% faiz dərəcəsi ilə ölkədə ən bahalı kredit verən BOKT-lardan olan "İnternational"ın hazırda dövlət qarşısında vergi borcunun miqdarı 475 min manat təşkil edir.

©Yurd.Media