10:08 - 7.10.2026
7 Oktyabr, Fineko/abc.az. Çərşənbə günü ABŞ dolları əvvəlki hərraclarda yaşadığı itkilərin bir hissəsini kompensasiya edərək mövqelərini bərpa edib.
İnvestorların diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) son iclasının protokollarının açıqlanmasına və requlyatorun rəhbər şəxslərinin gözlənilən çıxışlarına yönəlib. Bazar iştirakçıları pul-kredit siyasətinin gələcək istiqaməti və faiz dərəcələrinin olası artımı ilə bağlı aydın siqnallar almağa çalışırlar.
Maliyyə analitiklərinin fikrincə, ABŞ-da inflyasiya təzyiqlərinin saxlanılması və FED nümayəndələrinin sərt ritorikası dollar indeksinin möhkəmlənməsinə şərait yaradır. İclas protokollarında faiz artımının davam etdirilməsinə dair mesajların yer alması dolların digər aparıcı valyutalar qarşısında üstünlüyünü daha da artıra bilər.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026