10:05 - 6.10.2026
6 oktyabr, Fineko/abc.az. Bakı daşınmaz əmlak bazarında bahalaşma davam edir
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) 2026-cı ilin avqust-sentyabr ayları üzrə qiymətləndirməsinə əsasən, Bakı daşınmaz əmlak bazarında bütün əsas kateqoriyalar üzrə orta aylıq qiymət artımı 1,36% təşkil edib.
Aylıq müqayisədə ən yüksək artım təklifin məhdudluğu və yüksək tələb fonunda torpaq sahələrində (1,8%) qeydə alınıb. Digər kateqoriyalardan qeyri-yaşayış obyektləri 1,5%, yeni tikili mənzillər 1,4%, fərdi yaşayış evləri 1,2%, köhnə tikili mənzillər isə 0,9% bahalaşıb.
2026-cı ilin ümumi orta göstəricilərinə görə də ən yüksək artım tempi torpaq sahələrində (17,0%) müşahid olunub, yeni tikililər 14,3%, fərdi evlər 13,5%, qeyri-yaşayış obyektləri 13,0% və köhnə tikililər 10,6% artım göstərib.
AQC-nin qənaətincə, qiymətlərin bahalaşması Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarında daha aydın nəzərə çarpdığı üçün əmlakın dəyərləndirilməsində ümumi orta göstəricilərdən daha çox konkret lokasiya və infrastruktur amilləri əsas götürülməlidir.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026