Çin daxili bazarı dəstəkləyərək yanacaq ixracını azaldır

16:20 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. Çin şirkətləri, qlobal enerjinin qeyri-sabitliyi fonunda daxili bazara üstünlük verərək, oktyabr ayında benzin və dizel tədarükünün bir hissəsini ləğv etdilər.

Bu barədə Bloomberg xəbər verir.

Çərşənbə axşamı axşam saatlarında bu qərar treyderlərə məlum olduqdan sonra Asiyada benzin və dizel yanacağı üzrə yaxın tədarüklər arasındakı spred — yəni dərhal mövcud partiyalarla növbəti ay tədarük olunacaq partiyalar arasındakı qiymət fərqi — artıb ki, bu da bazarda təklifin azaldığını göstərir. Yanacaq ixracına əsasən bölgəni treyderlər vasitəsi ilə təmin edən Sinopec və Sinochem kimi dövlət şirkətləri nəzarət edir. Çin Asiyanın ən böyük ixracatçısı olmasa da, qıtlıq və bazar qarışıqlığı dövründə rolu xüsusilə vacibdir.