Azərbaycan 8 ayda 87.3 milyon dollarlıq şaftalı ixrac edib

14:27 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Azərbaycan 2026-cı ilin yanvar-avqust ayında 87.3 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.

Bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın sentyabr sayında bildirilir.

Bu, ötən ilin eyni dövrünə nisbətən 11.4 milyon dollar və ya 11.5% azdır.

Ötən ilin eyni dövründə isə Azərbaycan 98.7 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.