11:18 - 30.09.2026
30 sentyabr, Fineko/abc.az. ABD Konqresi 230 ildən çoxdur tədavüldə olan 1 sentlik metal pulların buraxılışının rəsmən dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Senatdan keçən sənəd təsdiq olunması üçün Prezident Donald Trampa təqdim edilib.
ABD Zərbxanası (US Mint) artıq 2025-ci ilin noyabrında tədavül üçün sonuncu 1 sentliyi vurduğunu və istehsalı dayandırdığını açıqlamışdı.
Qərarın əsas səbəbləri kimi 1 sentlik sikkəyə tələbatın qalmaması və istehsal xərclərinin kəskin artması göstərilir. Son 10 ildə 1 sentin hazırlanma xərci 1,42 sentdən 3,69 sentə yüksəlib. Qanunun qüvvəyə minməsi ilə ABD-nin illik təxminən 56 milyon dollar qənaət edəcəyi gözlənilir.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026