"SOCAR Polymer"in ixrac gəlirləri 7.8% azalıb — 175.6 milyon dollara düşüb

16:53 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Cari ilin səkkiz ayında "SOCAR Polymer" MMC 175,6 milyon dollar dəyərində polimer məhsulları ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"na əsasən, şirkətin ixrac gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9 milyon dollardan çox və ya 7,8% azalıb.

Xatırladaq ki, ötən ilin analoji dövründə "SOCAR Polymer"in ixrac göstəricisi təxminən 190,5 milyon dollar təşkil etmişdi.