Vint, bolt və qaykaların idxal rüsumu 20 dəfə artırıldı - Baş nazirdən yeni qərar

16:13 - 23.09.2026


23 sentyabr, Fineko/abc.az. Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, ölkəyə idxal olunan vint, bolt və qaykaların hər 1 000 kiloqramına görə gömrük tarifi 15 ABŞ dollarından 300 ABŞ dollarına qaldırılıb.

Tətbiq edilən bu dəyişiklik 2029-cu ilin sonuna qədər qüvvədə olacaq.