14:28 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. 2026-cı ilin ilk yarısında Almaniyadan Azərbaycana fiziki şəxslər tərəfindən 13,5 milyon dollar məbləğində pul köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,3 faiz çoxdur.
Mərkəzi Bankın göstəricilərinə əsasən, daxilolmalardakı artıma baxmayaraq, Almaniyanın Azərbaycana göndərilən ümumi pul baratlarındakı payı 2 faizdən 1,8 faizə enib. Analoji artım tempı əks istiqamətdə də müşahid olunub. Yanvar-iyun ayları ərzində Azərbaycandan Almaniyaya köçürülən vəsaitin həcmi illik müqayisədə 15 faiz artaraq 11,2 milyon dollara çatıb. Bununla da Almaniyanın ölkəmizdən xaricə göndərilən ümumi pul baratlarındakı payı 4,1 faizdən 5,4 faizə yüksəlib.
Qarşılıqlı pul axınlarının yekununda Almaniya üzrə xalis daxilolma 2,4 milyon dollar təşkil edərək ötən ilin müvafiq dövründəki 760 min dollar göstəricisini 3,1 dəfə üstələyib.
Qeyd olunan statistik göstəricilərə kapital xarakterli əməliyyatların daxil edilmədiyi bildirilir.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026