Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb: "Azeri Light" 116 dollara düşüb

10:06 - 22.09.2026


22 Sentyabr, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" (Azərbaycan nefti) markalı xam neftin qiyməti geriləyib.

Azərbaycan neftinin bir barelinin qiyməti 5,54 dollar və ya 4,53% azalaraq 116,83 dollara (198,61 AZN) düşüb.

Qeyd edək ki, "Azeri Light" neftinin tarixi ərzində minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar səviyyəsində qeydə alınıb.