09:29 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. Çərşənbə axşamı ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri yüksəlir.
Xəbər verilir ki, saat 09:24-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin noyabr fyuçersi 1,38 dollar (1,38%) bahalaşaraq bir bareli 101,72 dollar təşkil edib. Sentyabrın 21-də baş tutan ticarət yekunlarına əsasən, müqavilənin qiyməti 3,53 dollar (3,40%) ucuzlaşaraq bir bareli 100,34 dollar olub.
"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin noyabr fyuçersinin qiyməti saat 09:24-dək 0,99 dollar (1,07%) artaraq bir bareli 93,36 dollar təşkil edib. Əvvəlki sessiyada isə müqavilənin qiyməti 3,71 dollar (3,86%) azalaraq bir bareli 92,37 dollara enmişdi.
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026