10:02 - 16.09.2026
16 Sentyabr, Fineko/abc.az. Qızılın qiyməti investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarına köklənməsi fonunda çərşənbə günü nisbətən sabit qalıb. Bazardakı gözləntilərə əsasən, FED-in bu gün faiz dərəcəsini ən azı 25 baz bəndi artırmaq ehtimalı 92.4 faiz olaraq qiymətləndirilir.
Birjalarda spot qızılın bir unsiyasının qiyməti 0.1 faiz geriləyərək 4 288.48 dollar (7 290.42 AZN) təşkil edib. Dekabr fyuçersləri də 0.1 faiz azalaraq 4 328.10 dollara düşüb. Digər qiymətli metallardan gümüş 63.67 dollar/unsiya səviyyəsində sabit qalıb, platin 0.3 faiz ucuzlaşaraq 1 770.47 dollara enib, palladıum isə 1 faiz bahalaşaraq 1 301.61 dollara yüksəlib.
Təhlilçilərin fikrincə, güclü dollar və 100 dollardan baha satılan neft qiymətləri qızıla təzyiq göstərməkdə davam edir. Eyni zamanda Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik və ABŞ-dakı maliyyə riski narahatlıqları qızılın daha kəskin ucuzlaşmasının qarşısını alan əsas amillər kimi çıxış edir.
17 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026