Azərbaycanda 178 mindən çox şəxs yaşa görə müavinət alır

10:52 - 14.09.2026


14 sentyabr, Fineko/abc.az. Azərbaycanda bu ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 178 498 nəfər olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Məlumata görə, onların 39,9 %-ni kişilər, 60,1 %-ni isə qadınlar təşkil edib.