16:08 - 11.09.2026
11 sentyabr, Fineko/abc.az. Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar enerji sistemlərinin inteqrasiyasından danışıb:
"Sənaye, nəqliyyat və gündəlik həyatın elektrikdən asılılığının artması tələbatı və şəbəkələrin əhəmiyyətini sürətlə yüksəldir. Əsas məsələ yalnız enerji istehsalı deyil, onu ən təhlükəsiz, sürətli və səmərəli şəkildə istehlakçılara çatdırmaqdır. Güclü və bir-birinə bağlı şəbəkələr bərpaolunan enerjinin inteqrasiyasını asanlaşdırır, resurs səmərəliliyini artırır və ticarət imkanları yaradır".
Bakı-Ankara Strateji Vizyonu: Ölkələr arasında qurulan elektrik bağlantıları sadəcə xətt deyil, enerji sistemlərini birləşdirən strateji əməkdaşlıq körpüsüdür.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026