22:46 - 10.09.2026
10 Sentyabr, Fineko/abc.az. Hindistanda daxili tələbatın artması və dünyanın ən böyük istehsalçısı olan Braziliyada əlverişsiz hava şəraiti səbəbindən xam şəkərin fyuçers qiymətləri 2025-ci ilin martından beridir ən yüksek səviyyəyə — 17 ayın zirvəsinə yüksəlib. Nyu-York birjasında qiymətlər ilin əvvəlindən bu yana təxminən 30% artıb.
Bahalaşmaya əsas səbəb Hindistanın daxili bazarda rekord qiymətləri tənzimləmək üçün avqustda açdığı rüsumsuz idxal kvotası çərçivəsində artıq 800 min tonluq müraciət qəbul etməsidir. Eyni zamanda, Braziliyada aramsız yağışlar emalı ləngidir, yüksək neft qiymətləri isə zavodları xammalı etanol istehsalına yönəltməyə sövq edir.
Beynəlxalq Şəkər Təşkilatı (ISO) güclənən "El-Ninyo"nun Asiyada məhsuldarlığı aşağı salması fonunda 2026-2027-ci illər mövsümündə bazarda 260 min tonluq defisit gözləyir.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026