Emal edilməmiş almazların gömrük ekspertizasına dair tələb dəyişdi — Baş nazirdən yeni qərar

17:26 - 10.09.2026


10 sentyabr, Fineko/abc.az. Nazirlər Kabineti 27 avqust 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Gömrük ekspertizasının aparılması Qaydaları"nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycanda emal edilməmiş almazların gömrük ekspertizasının aparılması üçün "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin verdiyi rəyin surəti tələb olunacaq.

Dəyişiklik ölkəyə gətirilən və ya tranzit keçən qiymətli daşların gömrük nəzarəti və ekspertiza prosedurunu daha da təkmilləşdirmək amacı daşıyır.