Azərbaycanda neft hasilatı avqustda sutkada 448 min barelə düşüb

16:40 - 10.09.2026


10 sentyabr, Fineko/abc.az. 2026-cı ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 448 min barel təşkil edib. Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında bildirilir.

Məlumata görə, ötən ay ölkədə gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 7 min barel azalıb.

OPEC+ razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün müəyyən edilmiş gündəlik neft hasilatı kvotası 551 min barel təşkil edir. Lakin avqust ayındakı faktiki göstərici ölkənin verilən kvotadan 103 min barel geridə qaldığını göstərir.

Müqayisə üçün qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 454 min barel, ikinci rübdə isə 456 min barel səviyyəsində olub.