Dünya bazarında Azərbaycan nefti bahalaşıb: "Azeri Light"ın qiyməti 108 dolları keçib

09:51 - 9.09.2026


9 Sentyabr, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan xam neftinin qiyməti artım nümayiş etdirib.

Hərracların nəticələrinə əsasən, Azərbaycan neftinin bir barelinin qiyməti 0,87 dollar və ya 0,81% artaraq 108,18 dollar təşkil edib.

Qiymətlərin yüksəlməsinə qlobal enerji bazarında tədarük riskləri və Yaxın Şərqdə davam edən geosiyasi gərginlik fəal təsir göstərir.