İnflyasiya 5,7%-ə düşdü, lakin ilsonu proqnozu yüksəldildi

15:57 - 10.09.2026


10 sentyabr, Fineko/abc.az. Azərbaycanda illik inflyasiya avqust ayında 0,1 faiz bəndi azalaraq 5,7%-ə enib.

Bu dövrdə qida məhsulları 7,2%, qeyri-qida məhsulları 3,7%, ödənişli xidmətlər isə 5% bahalaşıb.

İllik göstərici azalsa da, Mərkəzi Bank xarici mənşəli xərc amillərini nəzərə alaraq 2026-cı ilin sonu üzrə inflyasiya proqnozunu 5,9%-dən 6,1%-ə, 2027-ci il üzrə isə 5,8%-ə qaldırıb.

Buna baxmayaraq, mövcud inflyasiya AMB-nin 2%-6%-lik hədəf intervalında qalır.