Qida təhlükəsizliyində risklərin təhlili üçün süni intellekt tətbiq olunacaq

14:53 - 10.09.2026


10 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyevin təsdiqlədiyi “2027–2032-ci illər üçün Dövlət Proqramı”na əsasən, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) süni intellektə əsaslanan təhlil modelinin tətbiqi planlaşdırılır.

2027–2030-cu illəri əhatə edəcək layihə qida təhlükəsizliyi ilə bağlı risk və potensial problemləri öncədən müəyyənləşdirmək, nəzarətin səmərəliliyini artırmaq və maarifləndirməni təmin etmək məqsədi daşıyır. Tədbirin əsas icraçısı AQTA, digər icraçıları isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İqtisadiyyat Nazirliyidir.