14:33 - 2.09.2026
2 sentyabr, Fineko/abc.az. AZCON Holdinq şirkətlərindən olan "Azərpoçt" MMC-nin İdarə heyətinin sədrinin müşaviri Elgün Rəsulov vəzifəsindən azad edilib.
ABC.AZ bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Qeyd edək ki, E.Rəsulov 2022-ci ildən "Azərpoçt"da çalışırdı. O, ilk dəfə qurumda Baş icraçı direktorun müşaviri olaraq fəaliyyətə başlamış, 2024-cü ildən isə, qurumun İdarə heyətinin üzvü təyin olunmuşdu. E.Rəsulovu sözügedən vəzifələrə 2023-2026-cı illərdə "Azərpoçt"a rəhbərlik etmiş İsi Mustafayev təyin etmişdi.
"Azərpoçt"un rəhbəri dəyişdikdən sonra E.Rəsulov yenidən qurumda sədrin müşaviri vəzifəsini tutmuşdu.
Xatırladaq ki, bu ilin aprel ayında “Azərpoçt”un rəhbəri dəyişib. Qurumun idarə heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb və onun yerinə Manaf Babayev sədr təyin edilib. Belə ki, Fərid Sadıqzadə, Lalə Quliyeva, Şaiq Qəribzadə və Mikayıl Xəlilov qurumun İdarə heyətinin üzvləri təyin edilib. Paralel olaraq Musa Xudiyev Manaf Babayevin müşaviri vəzifəsinə gətirilib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026