09:27 - 31.08.2026
31 avqust, Fineko/abc.az. Bazar ertəsi keçirilən ticarət əməliyyatlarında neftin etalon markalarının qiymətləri artır.
ABC.AZ xəbər verir ki, saat 09:25-ə olan məlumata görə, “ICE Futures Europe” birjasında “Brent” markalı neftin noyabr fyuçersi $2,36 (2,68%) bahalaşaraq bir barel üçün $90,46 təşkil edib. Avqustun 28-də keçirilən ticarət əməliyyatlarının yekununda bu müqavilənin qiyməti $0,42 (0,47%) ucuzlaşaraq bir barel üçün $88,10 olub.
“New York Mercantile Exchange” (NYMEX) birjasında “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti isə saat 09:25-ə qədər $2,38 (2,85%) artaraq bir barel üçün $85,78-ə çatıb. Avqustun 28-də keçirilən ticarətin yekununda bu müqavilə $0,13 (0,16%) azalaraq $83,40 təşkil etmişdi.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026
31 Avqust 2026