Neft bahalaşır: Brent neftinin bir bareli $91,53 təşkil edir

09:47 - 1.09.2026


1 sentyabr, Fineko/abc.az. Çərşənbə axşamı ticarət əməliyyatlarında etalon markaların qiymətləri artmaqda davam edir.

Saat 09:40-a olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin noyabr fyuçersinin qiyməti $1,04 (1,15%) artaraq bir bareli üçün $91,53 təşkil edib. 31 avqust ticarətinin yekunlarına görə, bu müqavilənin qiyməti $2,39 (2,71%) artaraq bir bareli üçün $90,49-a çatıb

"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin oktyabr fyuçersinin qiyməti saat 09:40-a qədər $0,69 (0,80%) artaraq bir bareli üçün $86,45-ə yüksəlib. 31 avqust ticarətinin yekunlarına görə, müqavilənin qiyməti $2,36 (2,83%) artaraq bir bareli üçün $85,76 təşkil edib.