17:34 - 28.08.2026
28 avqust, Fineko/abc.az. Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti dəfə taxıl tədarükü həyata keçiriləcək.
Məlumata görə, 6 vaqondan ibarət 420 ton buğda və 4 vaqondan ibarət 280 ton arpa yükü "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə 54 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 1 114 ton kömür, 334 ton taxta və 133 ton alüminium daşınıb. Paralel olaraq, Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı və 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.
11 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026