12:30 - 27.08.2026
27 avqust, Fineko/abc.az. Səudiyyə Ərəbistanının nüvə enerjisindən istifadəyə keçid planı daxili elektrik istehsalında neftdən asılılığı azaltmaqla ixrac həcmlərini artırmağa imkan verəcək.
Bu istiqamətdə ABŞ ilə imzalanmış "123 Müqaviləsi" iki ölkə arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığın hüquqi əsasını qoyub.
Proqnoza əsasən, 2030-cu ilə qədər ölkənin elektrik enerjisi istehsalında neftin payı 2025-ci ildəki 37%-dən 6%-ə qədər azalacaq. Daxili tələbatın nüvə və bərpa olunan enerji mənbələri hesabına ödənilməsi Krallığın qlobal bazarlara daha çox karbohidrogen çıxarmasına və hidrokarbon tədarükçüsü kimi mövqeyini möhkəmləndirməsinə şərait yaradacaq.
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026