14:29 - 5.09.2026
5 Sentyabr, Fineko/abc.az. ABŞ-ın Xəzinədarlıq Naziri Skott Bessent İran ətrafındakı geosiyasi gərginlik başa çatdıqdan sonra neft qiymətlərinin kəskin ucuzlaşaraq barreli üçün 40 ABŞ dolları səviyyəsinə qədər geriləyəcəyini bəyan edib.
Nazir vurğulayıb ki, geostrateji risklərin aradan qalxması ilə neft bazarlarında ciddi təklif bolluğu yaranacaq və xammal qiymətləri 50, hətta 40 dollar həddinə düşə bilər.
Bessent bildirib ki, enerji daşıyıcılarının ucuzlaşması eyni zamanda inflyasiya təzyiqini azaldacaq və son illərin rekord səviyyəsinə yüksələn istiqraz gəlişliliyini və faiz dərəcələrini aşağı salacaq.
Qeyd edək ki, Cümə günü Brent markalı neftin barreli iyul ayından bəri ən yüksək həddə çataraq 95 dolları ötüb, ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi isə 2023-cü ildən bəri maksimuma yüksəlib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026