Naxçıvanda 17.2 milyon manata yeni yarımstansiya tikilir

15:26 - 4.09.2026


4 sentyabr, Fineko/abc.az. “Azərişıq” Naxçıvanda yeni yarımstansiya və İdarəetmə Mərkəzi tikir.

Layihə çərçivəsində Naxçıvan şəhəri ərazisində yerləşən mövcud “Koroğlu” yarımstansiyasının əvəzinə yeni 110/35/10 kV-luq 2×40 MVA gücündə yarımstansiyanın və İdarəetmə Mərkəzinin tikintisi nəzərdə tutulur.

Aparılan satınalma prosedurunun qalibi “Harmony İndustrial Construction snd Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

Qalib şirkətlə bağlanacaq müqavilənin ümumi məbləği 17 223 133 manat təşkil edir.