12:25 - 27.08.2026
27 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və digər qurumlarla birgə keçirdiyi nəzarət tədbirləri zamanı Bakıda və regionlarda yerləşən 57 ticarət və iaşə obyektində saxta aksiz markalı və nişanlanmamış məhsulların satışını müəyyən edib. Əməliyyatlar nəticəsində 6 192 ədəd (4,3 min litr) alkoqollu içki, 4,98 min litr çəllək pivəsi və 99 qutu tütün məmulatı dövriyyədən çıxarılıb.
Həmçinin Kürdəmir rayonunda vergi uçotuna alınmadan fəaliyyət göstərən qanunsuz spirtli içki sexi aşkarlanıb. İstehsal sahəsindən 1 288 ədəd saxta aksiz markası, mənşəyi məlum olmayan 25 min litr alkoqollu içki xammalı və avadanlıqlar götürülüb. Faktlar üzrə hüquqi prosedurlara başlanılıb.
İstehlakçıların da nəzarət prosesində iştirakını təmin etmək üçün "E-Vergi" mobil tətbiqində "Təqib və İzləmə Sistemi" istifadəyə verilib. Vətəndaşlar QR kodu skan edərək məhsulun qanuniliyini yoxlaya və uyğunsuzluq aşkar etdikdə birbaşa DVX-yə elektron müraciət göndərə bilərlər.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026